2019-cu ilin təhsil trendləri

Cəmiyyət həyatının süni intellekt əsrinə adaptasiyasında təhsilin rolu sizi düşündürürmü? Bəs, iqlim dəyişikliklərinin məktəbə, ailəyə və cəmiyyətə təsiri necə?

 

Bütün bu suallara İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində elan etdiyi və 2019-cu ildə dünyada təhsil sahəsinin formalaşdırılmasının əsas trendlərinə həsr olunmuş hesabatında (Trends Shaping Education 2019) cavab tapmaq olar. 

 

Sənəddə təhsilin inkişafına təsir göstərən əsas siyasi, iqtisadi, sosial və texnoloji  trendlərə baxılır. Trendlərin sabitliyinə baxmayaraq, onların formalaşmasında təhsilin vacib rolu ön plana çəkilir. Aktual tendensiyalar və onların təhsillə əlaqələri ilə yanaşı, 2019-cu ilin hesabatında “gələcək düşüncə” (future thinking) haqqında bölmə də əksini tapıb.

 

OECD hesab edir ki, bizim sürətlə dəyişən müasir dünyamızda təhsil yalnız keçmiş dərslərdən istifadə etməklə gələcəyə hazırlaşa bilmir. Bir çox ölkələrdə təhsil əvvəlki kimi yenə də bugünün dəyişikliklərinə uyğunlaşmaq üçün mübarizə aparır və sabahkı günün dəyişikliklərinə hazır deyil. Düşünülmüş siyasət gələcək hadisələri bu günlə əlaqələndirir, onları öyrənməyə və gələcəyə hazırlanmağa imkan verir.

 

2019-cu il üzrə təhsilin formalaşması tendensiyaları bu strateji sahənin gələcəyinə  təsir edən əsas meqa-tendensiyaları müəyyən edir. “Dayandığımız indiki kritik mərhələdə bizə qısamüddətliliyin öhdəsindən gəlmək, gələcəyin, bizə az tanış kimi görünən, lakin anlamaq üçün bir o qədər də əhəmiyyətli olan tendensiyalarını və  siqnallarını öyrənmək üsullarını işləyib hazırlamaq lazımdır”, - deyə OECD-nin Baş direktoru Anxel Qurriya bildirib. Onun sözlərinə görə, “təhsilin formalaşması tendensiyası bu cəhətdən vacib alətdir”.

 

Hesabatda təhsil sahəsində inkişafın aşağıdakı  3 əsas meqatendensiyası öz əksini tapıb:

 

* Qloballaşma: yaxın on il ərzində dünya əhalisinin əksəriyyəti orta təbəqədən ibarət olacaq və bu tendensiya, ilk növbədə, Çin və Hindistanla müəyyən olunacaq, hansı ki, bu ölkələrdəki orta təbəqə əhalinin 90 faizini təşkil edəcək. Bu, yalnız daha çox sayda insan üçün ən yaxşı təhsili təmin etmək üçün təzyiqi artırmır, həm də daha tələbkar əhali kütləsini təhsillə bağlı daha yüksək gözləntilər qarşısında qoyacaq. Proqnozlara görə, bu, OECD ölkələrində başlanğıc mərhələdə ali təhsil sistemlərinə təsir edəcək, çünki onlara mobil və rəqabət bazarına ən yaxşı tələbələri cəlb etmək üçün daha fəal işləmək lazım gələcək.

 

Beynəlxalq mobillik artmaqda davam etdikcə bizim təhsil sistemlərimiz  cəmiyyətin bütün qatlarından müxtəlif  tələbələri özünə inteqrasiya etmək üçün böyük təzyiq altında olacaq. 1990-cı ildən 2017-ci ilə qədər beynəlxalq miqrantların ümumi sayı 69 faiz artaraq 153 milyondan 258 milyona çatıb. Bu gün siniflərdə sosial müxtəliflik artıq müəllimlər üçün ən böyük problemlərdən birini təşkil edir. Ən yaxın 5-10 il ərzində bu məsələ daha da mürəkkəb olacaq. Gələcəyə qoyulan “stavka”lar böyükdür: imkanların bərabərsizliyi əhalinin rifahında bərabərsizliyə, siyasi və sosial həyəcanlara gətirib çıxara bilər.

 

* Rəqəmsallaşma: 2017-ci ildə 16-74 yaşlı internet istifadəçiləri olan hər dörd nəfərdən üçü demək olar ki, hər gün internetdən istifadə edib. Yenə də PISA nəticələri göstərir ki, məktəbdə internetdə daha çox vaxt keçirmə təhsilalanların təhsil nailiyyətlərinin avtomatik yaxşılaşmasına gətirib çıxarmayıb. Əslində, məktəbdə internetdən intensiv istifadə təhsilalanların aşağı davamiyyət göstərməsi ilə sıx bağlıdır.

 

Təhsil artıq rəqəmsallaşma dövrünü yaşayır. Təhsil sistemi alətlərdən və yeni texnologiyaların üstünlüklərindən istifadə etməklə yanaşı, eyni zamanda kiber-hədə və məxfilik məsələləri kimi potensial sui-istifadə halları ilə bağlı olan problemləri həll etmək üçün çox iş görməlidir. 2018-ci ildə oğurlanmış və ya verilənlərə dair sındırılmış məlumatların miqdarı il ərzində ən yüksək olub, buna görə də kibertəhlükəsizlik üzrə mütəxəssislərə ehtiyac artır. Bununla belə, təhsil sistemi  əvvəlki kimi tələbələri, xüsusilə qızları STEM (elm, texnika, mühəndislik və riyaziyyat) fənlərinin tədrisinə təşviq etmək üçün mübarizə aparır.

 

“Təhsilin dilemması ondan ibarətdir ki, o şeyləri ki, tədris etmək və yoxlamaq asandır, onları həm də asanlıqla rəqəmsallaşdırmaq, avtomatlaşdırmaq və kənar idarəetməyə ötürmək mümkündür”, - deyə OECD-nin təhsil və bacarıqlar üzrə direktoru  Andreas Şleyxer  bildirib. “Bizə daha çox o haqda düşünmək lazımdır ki, insan bacarıqları kompüterlərdə süni intellekti necə tamamlayır, yekunda biz yenə də ikinci sinfin robotlarını deyil, birinci sinfin insanlarını alırıq”.

 

* Qocalma: Son 45 ildə OECD ölkələrində orta insan ömrü 70-dən 80 yaşa qədər artıb. 65 və daha artıq yaşlıların isə ömrünün əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Yaşlı işçilər əmək bazarının artan qeyri-stabilliyi təhlükəsi ilə rastlaşacaqlar, yüksək texnologiyalara çıxış əldə etmək üçün keyfiyyətli təkrarhazırlanma və ixtisasartırma imkanlarından yararlanmalı olacaqlar. Bununla belə, ömürboyu təhsilin təmin olunması üzrə cari təkliflər ölkələrin əksəriyyətində güclənəcək.

 

Bu, yalnız  əmək bazarının problemi deyil. OECD ölkələrində internetdə xəbərləri oxuyan insanların sayı orta hesabla 40% artıb, rəqəmsal savada və kritik düşüncəyə ehtiyac da çoxalıb. Bu, təkcə gənc tələbələrlə məhdudlaşmır. Bir çox ölkələrdə yaşlı insanlar mürəkkəb rəqəmsal informasiyanı idarə etmək üçün kifayət qədər bacarıqlara malik deyillər. Hökumətlər və işəgötürənlər buna görə də ömürboyu təhsilin təmin olunması üçün tələb edilən işlərlə ciddi məşğul olmalıdırlar.

 

Mürəkkəb vəzifələrə baxmayaraq, biz öz təhsil sistemlərimizi bu meqatendensiyaları nəzərə alaraq planlaşdırmalıyıq. Gələcək - bu, heç də öz problemlərimizi göndərməli olduğumuz uzaq xarici dünya deyil.

 

Gələcək buradadır və bizim müvəffəqiyyətimiz ondan asılıdır ki, sabahı görmək və irəli getmək üçün öz biliklərimizdən nə dərəcədə effektiv istifadə edirik.

 

Oruc MUSTAFAYEV



25.01.2019 | 09:20