Beynəlxalq olimpiadalara hazırlıq komandalarımız Tehranda

Riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandalarımız İran İslam Respublikasının paytaxtı Tehran şəhərində xüsusi hazırlıq proqramında iştirak edirlər.

 

Cari ilin fevralın 2-dək davam edəcək bir həftəlik proqram 200-dən çox beynəlxalq olimpiada medalı olan Allameh Helli liseyinin bazasında təşkil edilib.

 

Proqramda müvafiq fənlər üzrə təcrübəli mütəxəssislər tərəfindən mühazirə, seminar, imtahan və müzakirələr təşkil olunub.

 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

 



28.01.2019 | 15:11