ADAU-nun nümayəndə heyəti Ege universitetində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, bağçılıq kafedrasının dosent əvəzi Fəqan Ağayev, Kənd Təsərrüfatı Nazirliyi aparatının təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov 27-29 Yanvar 2019-cu il tarixlərində Türkiyənin Ege Universitetində səfərdə olublar.

 

Səfər zamanı ADAU nümayəndə heyəti ikili diplom çərçivəsində Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, prorektorlar, fakültə dekanları ilə görüşdə iştirak edib,  ikili diplomların verilməsi ilə baglı müzakirələr aparıb.

 

Sonra qonaqlar universitetin müvafiq fakültələrinin tədris proqramları, tədris və tədqiqat metodları,  maddi-texniki bazası ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.  Hər iki tərəf bu əməkdaşlığın qurulmasında və davamlı olmasında maraqlı olduqlarını vurgulayıblar.

 

Görüşlərin təşkilində və keçirilməsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil  müşaviri  Nəcibə Nəsibova köməklik göstərib.



29.01.2019 | 12:41