II sinif şagirdi beynəlxalq yarışda II yeri tutub

Paytaxtdakı 24 nömrəli 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə II sinif şagirdi   Rəhiməxanım Nəbiyeva Türkiyədə keçirilən “Caspi-art Uluslararası Sanat Yarışması”na qatılaraq  II yerə layiq görülüb və diplomla mükafatlandırılıb.  Yeniyetmə sevinir ki, ifası  münsiflər heyəti tərəfindən bəyənilib. Sənət  yolunda ilk addımlarını atan  qız gələcəkdə daha böyük  nailiyyətlər əldə edəcəyinə söz verib. Müəllimi  Mehparə Məmmədəliyeva  onun uğurlarını  həmişə qiymətləndirir.  İnanır ki, beynəlxalq festival və müsabiqələrdə I yeri tutacaq.    

 

Sifahi SƏFƏROVA

 



03.02.2019 | 16:29