VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin dinləmələrinə başlanılıb

 

Müsabiqənin ilk dinləmələrinə Bərdədən başlanılıb. Altı rayon üzrə 63 yeniyetmə və gənc öz istedadını nümayiş etdirib. Onlardan 12 nəfəri seçim turuna vəsiqə qazanıb. Bölgələr üzrə növbəti seçim turu Gəncə şəhərində olub.  Qeyd edək ki, dinləmələr zamanı Samux, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər və Xocalıdan olan 30-a yaxın ifaçı iştirak edib. Onlar xalqımıza xas olan muğamı özlərinə məxsus  tərzdə ifa ediblər.  

                    

 

Sifai SƏFƏROVA

 

 



03.02.2019 | 17:15