131 tələbənin həyat hekayəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində  təhsilin məzmunu, idarəetmə, insan resursları, infrastrukturun yeniləşdirilməsi, sağlam, şəffaf, obyektiv  və rəqabətyönümlü  təhsil mühitinin  yaradılması,  professor-müəllim heyətinin peşəkarlığının artırılması, əməkdaşlıq  mühitinin yaradılması ilə bağlı maraqlı layihələr həyata keçirilir. Məhz bunların nəticəsidir ki, son iki ildə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ADPU-nu seçənlərin sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci tədris ilində 273,  bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunda olub. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. İbtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdısa, cari ildə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. 

 

 



02.02.2019 | 10:08