“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib. Seminarda ayrı-ayrı işəgötürənlərin və Yasamal Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndələri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

 

Qeyd edək ki, əmək məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddinin 15 yaş olduğu, həmin yaş dövrünədək uşaqların əmək münasibətlərinə cəlb edilməsinin qanunla qadağan edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, həmçinin yaşı 18-dən az olanların şəraiti ağır, zərərli olan iş yerlərində, tunel, şaxta və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində əməyə cəlb edilməsi qadağandır.

 

 

 

 

 



04.02.2019 | 19:02