“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimlər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunur. Təlimlərə Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad  rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib.

Beynəlxalq ekspertlər tərəfindən aparılan təlimin əsas məqsədi layihənin əhatə dairəsinə daxil olan region müəllimlərinin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir.

Təlimdə layihənin rəhbəri Leyla Tağıyeva bildirib ki, müəllimlər sağlamlıq imkanları məhdud  uşaqların məktəbə uğurlu inteqrasiyası və effektiv öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimlərdə təqdim edilən yanaşmalar müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsininin təşviqinə əsaslandığından  daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq.

Təlim keçən müəllimlər Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 nəfər ibtidai sinif müəlliminin, 400 nəfər direktor və direktor müavininin, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər universitetlərin pedaqoji fakültələrində çalışan 400 nəfər pedaqoq-müəllimin və 2000 tələbənin təlimində iştirak edəcəklər.

Növbəti mərhələlərdə layihə çərçivəsində hazırlanmış inklüziv təhsil üzrə təlim proqramları ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya ediləcək. Layihə inklüziv təhsil sahəsində müəllimlərin tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsinə öz töhfəsini verəcək.

Təlimlər fevralın 8-dək davam edəcək.

06.02.2019 | 13:10