Təhsil naziri Ucar şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov 15 fevral 2019-cu il tarixində saat 11:00-da Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Kürdəmir, Göyçay rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşlar 7-13 fevral 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



07.02.2019 | 15:59