Bakı məktəblisi beynəlxalq turnirdə birinci olub

Paytaxt məktəblisi Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Məmişov 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.

 

M. Məmişov medal, kubok və sertifikatla təltif olunub.

 

Qeyd edək ki, məktəbli 2010-cu ildən cüdo idman növü ilə məşğuldur. Bu müddət ərzində Məhəmməd Məmişov həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.



29.03.2018 | 11:53