Tələbə-könüllülər ahıllarla görüşüblər

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə keçirilən “Gəncliyin BİR həftəsi” adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

 

Proqramın “Yaşat” istiqaməti çərçivəsində “Üçüncü bahar” təşəbbüs  qrupunun  təqaüdə  çıxmış üzvləri üçün tələbə-könüllülərin ifasında konsert keçirilib. Ahılların asudə vaxtlarını xoş keçirmələri üçün təşkil olunan tədbirdə 30-dan çox qonaq  iştirak edib.

 

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü, təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 

 

 

 



10.02.2019 | 15:37