Təhsil naziri Braziliyanın ölkəmizdəki səfiri ilə görüşüb
 
Fevralın 11-də təhsil naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.
 
Görüş zamanı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.


11.02.2019 | 18:00