Buraxılış imtahanlarının keçiriləcəyi gün bəlli oldu | ||||||||||||||||||||||||
Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə verilən cədvəldə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilmə qrafiki əksini tapıb. Həmin qrafikə əsasən imtahanlar mart və iyun ayları ərzində keçiriləcək
Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.
Onu da qeyd edək ki, C. Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseydə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə, tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.
|
||||||||||||||||||||||||
19.02.2019 | 15:26 | ||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|