Sabah rezidenturaya sənəd qəbulu başa çatır

2019/2020-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək. Bu gün saat 16.30-a olan məlumata görə, artıq 703 namizəd elektron ərizəsini təsdiq edib.

 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, namizədlərdən 619 nəfər Azərbaycan bölməsi, 84 nəfər isə rus bölməsində təhsil alanlardır. 74 namizəd elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər fevralın 21-i saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.

 

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində Şəxsi kabinet yaratdıqdan sonra  Şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtadək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

 

Xatırladaq ki, ərizəsini təsdiq etməyənlər imtahana buraxılmayacaq.

 

 



20.02.2019 | 17:31