"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Təhsil Nazirliyinin beynəlxalq "Algoritmika" şirkəti ilə birlikdə həyata keçirdiyi "Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov 20-21 fevral tarixlərində Parisdə Təhsildə  İnnovasiyalar  üzrə Dünya Sammitində (WISE) iştirak edib.

 

Sammitə YUNESKO-nun baş direktoru Odre Azule, Baş direktorun təhsil üzrə müavini Stefaniya Giannini, Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, həmcinin nüfuzlu təhsil mütəxəssisləri, müəllimlər qatılıb. Tədbir iştirakçıları təhsil sahəsində baş verən problemləri müzakirə edib, təcrübələrini bölüşüblər.

 

Sammit çərçivəsində təhsilin gələcəyi ilə bağlı 30-dan çox görüş keçirilib. “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri bu görüşlərdə, həmçinin 6 praktik sessiyada iştirak edib.

 

Qeyd edək ki, Təhsildə  İnnovasiyalar  üzrə Dünya Sammiti 2009-cu ildən etibarən hər il keçirilir, təhsil sahəsində tədqiqatlar aparan maraqlı tərəfləri bir araya gətirir.

 

“Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumtəhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.

 

 



21.02.2019 | 18:30