ADAU-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən əvvəl foyedə sərgilənən və Xocalı dəhşətlərini yaşadan rəsm əsərlərinə baxış olub. Sonra Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi yad edilib, burda törədilən dəhşətləri əks etdirə videoçarxa baxılıb.

 

Təhsil müəssisəsinin mətbuat xidmətinin xəbərinə görə, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova bildirib ki, Xocalı faciəsi  iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Artıq bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.

 

“İctimai elmlər və multikultralizm” kafedrasının müəllimi Seva Abdullayeva çıxışında soyqırım tarixinə nəzər salıb, tədbir iştirakçılarına ətraflı məlumatlar çatdırıb.

 

ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımovanın təşkilatçılığı ilə təqdim olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçılarını sanki o müdhiş gecəyə qaytarıb. Tələbələrin söylədiyi şerlər hamını duyğulandırıb. Azərbaycan bayrağının zala gətirilməsi isə tezliklə Xocalı qisasının alınacağına ümidləri artırıb.

 

 



23.02.2019 | 17:37