AzTU-nun prorektoru Fransanın Monpelye Universitetində olub

AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – NİZAMİ” ERASMUS layihəsi çərçivəsində Fransanın  Monpelye Universitetində səfərdə olub.

 

Dörd gün davam edən səfərdə əsas məqsəd cari ilin aprelində başa çatacaq bu layihənin sonuncu hesabatının yekunlaşdırılması üçün lazımi hazırlıq işlərinin yerinə yetirilməsi olub. Toplantıda bu istiqamətdə geniş fikir mübadiləsi aparılıb, Azərbaycanda doktorantura təhsilinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində müzakirələr aparılıb. Toplantıda layihənin yerinə yetirilməsi çərçivəsində “Doktorantura məktəbləri”nin yaradılması istiqamətində Azərbaycan universitetlərinin Fransada mövcud doktorantura məktəblərinin təcrübəsindən istifadə imkanları müzakirə edilib və Fransada tətbiq olunan mövcud doktorantura məktəblərinin modeli nəzərdən keçirilib. Müzakirələr zamanı Azərbaycanda doktorantura təhsili üzrə Milli idarəetmə portalının yaradılması istiqamətində müzakirələr aparılıb və mövcud layihə  iştirakçı unuversitetlərlə Azərbaycan Milli Elmlər Akademiyası tərfindən razılaşdırılıb.

 

 



25.02.2019 | 17:48