Masallı məktəbliləri "Tbilisi Open" beynəlxalq turnirində qalib olublar

Tbilisi şəhərində taekvondo üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Tbilisi Open" beynəlxalq turnirində Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər. Qeyd edək ki,  iki gün davam edən turnirdə Masallı idmançısı Sevda Əzizova 37 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər iki idmançı-Ağakərim Əliyev (30 kq) və İlkin Feyzullayev (21 kq) isə ikinci yeri tutaraq gümüş medal qazanıblar.

 

 

Sifai SƏFƏROVA

 

 



25.02.2019 | 16:30