Faciə qurbanlarına elegiya tələbələrin təqdimatında | |
Təhsil müəssisələrində hər il Xocalı faciəsinə həsr edilmiş tədbirlər təşkil olunur. Bu tədbbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.
13 nömrəli Bakı peşə məktəbində də faciənin ildönümü hər il qeyd edilir, bu məqsədlə müxtəlif səpkili tədbirlər keçirilir. Fevralın 25-də də məktəbdə anım tədbiri düzənlənib. Tədbirin təşkilatçısı və aparıcısı, məktəbin informatika müəllimi Aysel Əliyeva müəllim və tələbə heyətini salamlayıb, Xocalı soyqırımı haqqında məruzə edib. Bildirib ki, əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində bütöv bir yaşayış məntəqəsi tamamilə yox edilib, 613 nəfər dinc əhali, o cümlədən 63 usaq, 106 qadın vəhşicəsinə güllələnib, 497 nəfər şikəst olub, 1275 nəfər sakin əsir götürülüb. Xocalı qətliamı heç bir zaman yaddan çıxmamalıdır. Xüsusən yetişməkdə olan gənc nəsil ayıq-sayıq olmalı, dostu düşməndən ayırmağı bacarmalı, xalqının başına gətirilən müsibətlərin qarşısını almaq üçün mübarizə aparmalıdır.
Sonra çıxış üçün söz məktəbin “dərzi” ixtisasının 19-cu qrup tələbəsi Nisə Haşımovaya verilib. Tələbə tədbir iştirakçılarına Xocalı dəhşətləri haqqında məlumat verərək bildirib ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə soyqırımı hadisəsi kimi siyasi-hüquqi qiymət verməlidirlər.
“Tikiş avadanlıqlarının operatoru, tikişçi “ ixtisası üzrə 18-ci qrup tələbələri Rəfiqə Əliyusifova, Mərhəmət Yəhyayev, Laçın Zakirova , Çinarə Əzizova məktəbin müəllimi Aysel Əliyevanın “Duyğu dənizi” adlı şeirlər kitabında yer alan “Xocalı” şeirindən parçalar səsləndiriblər. “Kompüter operatoru” ixtisasının 30-cu qrup tələbəsi Həqiqət Useynova Xocalı haqqında slaydını təqdim edib. “Tikiş avadanlıqlarının operatoru, tikişçi “ ixtisası üzrə 18-ci qrup tələbələri Şəfiqə Musayeva və Sübhan Rüstəmov hazırladıqları səhnələri nümayiş etdiriblər. “Dərzi” ixtisasının 19-cu qrup tələbəsi Xədicə Mütəllimzadə Milli Qəhrəman Çingiz Mustafayev və onun bütün dünyaya tanıtdığı Xocalı həqiqətləri haqqında təsirli dillə ürək sözlərini söyləyib. Müəllimlərdən Nailə Məhərrəmova və Cəlil Həmidov tələbələrə 1992-ci ilin ağrılı-acılı günlərindən, müharibənin yaddaşlardan silinməyən qanlı-qadalı dəhşətlərindən söz açıblar.
Tədbirin sonunda məktəbin direktoru Səidə Səlimzadə çıxış edərək, soyqrımı qurbanlarından, ermənilərin işğal etdikləri şəhərlərimizin xarabalığa çevrilməsindən, vaxtilə Qafqazın konservatoriyası adlanan Şuşanın bu gün düşmən tapdağında qalmasından, Xocalı soyqrımının əsrin ən dəhşətli faciəsi kimi tarixə qara hərflərlə yazılmasından danışıb:"1992-cu ilin 25 fevralında xocalılar başlarının üstünü almış qara buludlardan bixəbər idilər. Həmin vaxt Xocalı ətraf aləmdən təcrid olunmuş, blokadaya alınmışdı. Xocalı soyqrımı Azərbaycan xalqınınm yaddaşından heç zaman silinməyəcək. Dövlətimiz bu həqiqətləri dünyaya hər vasitə ilə çatdırır. Əminik ki, bütün dünya ictimaiyyəti insanlığa qarşı tördilən bu cinayətə və soyqrımı aktına qarşı gec-tez öz qəti sözünü deyəcək”.
Direktorun çıxışndan sonra bütün iştirakçılar Xocalıda ölənlərin ruhunu 1 dəqiqəlik sükutla yad edərək şəhidlərin xatirəsini hörmətlə anıblar.
Yusif ƏLİYEV
|
|
26.02.2019 | 18:02 | |
|
|
|