Naxçıvan MR-in 95 illiyinə həsr olunmuş interaktiv dərs

Naxçıvan Dövlət Universiteti  Dövlət Bayrağı muzeyində  Muxtar Respublikanın 95 illiyinə həsr olunmuş interaktiv dərs keçirib.

 

Muzeyin bələdçisi eksponatlar haqqında məlumat verdikdən sonra, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yanvarın 21-də Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamını diqqətə çatdırıb.  Bildirilib ki, Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə imzalanmış Beynəlxalq Moskva və Qars müqavilələrinə əsaslanır. Muxtar Respublikanın 1924-cü il fevralın 9-da yaradıldığı və yubileylərinin bundan əvvəl də dövlət səviyyəsində geniş qeyd olunduğu vurğulanıb.

 

İnteraktiv dərsi 10 fakültə üzrə 1000-ə yaxın tələbə izləyib.

 



27.02.2019 | 20:00