Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində

Azərbaycan məktəbliləri Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Beynəlxalq Qış Kompüter Məktəbində iştirak edirlər.

 

4-11 avqust 2019-cu il tarixlərində Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq çərçivəsində baş tutan səfərdə ölkəmizi 1 rəhbər və 6 şagird təmsil edir. Məktəblilərimiz dünya ölkələrindən gələn həmyaşıdları ilə birgə beynəlxalq mütəxəssislərin dərslərini dinləyir və müxtəlif yarışlarda iştirak edirlər.

 

İnformatika fənni üzrə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi  “Azercell Telecom”un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir.

 

Beynəlxalq Qış Kompüter Məktəbi martın 6-dək davam edəcək.

 



28.02.2019 | 10:48