BMU əməkdaşlarının məqaləsi “Scopus” indeksli jurnalda

Bakı Mühəndislik Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Şəhriyar Muxtarov və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elsevər İbadov tərəfindən yazılan  "The effectiveness of exchange rate channel in Azerbaijan: An Empirical Analysis" adlı məqalə “Banks and Bank Systems” jurnalının 2019-cu il 1-ci sayı, 14-cü buraxılışında nəşr edilib. Sözügedən jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir.

 

Məqalədə Azərbaycanda məzənnə kanalının effektivliyi 2001-2017-ci illərə aid rüblük statistik məlumatlardan istifadə edilərək VAR metodu vasitəsi ilə analiz edilib. Məqalənin nəticələrinə görə, Azərbaycanda məzənnə kanalının effektiv işlədiyi ortaya çıxıb. Tədqiqat nəticələri əsasında, Mərkəzi bankın qiymətlərin ümumi səviyyəsinin stabil saxlanılmasında məzənnə kanalını daha aktiv bir şəkildə istifadə etməsi təklifi irəli sürülüb.

 

Məqaləni bu link vasitəsilə oxumaq olar:

 

https://businessperspectives.org/journals/banks-and-bank-systems/issue-308/the-effectiveness-of-exchange-rate-channel-in-azerbaijan-an-empirical-analysis

 



28.02.2019 | 12:02