ADNSU-nun rektoru İstanbulda Avrasiya Universitetləri Birliyinin IV Zirvə toplantısında iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı fevralın 27-də İstanbulda işinə başlayan Avrasiya Universitetləri Birliyinin “IVAvrasiya Ali Təhsil Zirvə Görüşü”ndə iştirak edir. 70-dən artıq ölkədən universitet rəhbərləri və ekspertlərinin iştirak etdiyi tədbirdə 4-cü sənaye inqilabı dövründə tədris, universitet-biznes əməkdaşlığı, beynəlmiləlləşdirilmənin strategiyası, universitetlərin akkreditasiyasına həsr olunmuş panellər və seminarlar təşkil olunub.

 

Konfrans çərçivəsində ADNSU-nun rektoru, professor Mustafa Babanlı müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə çoxsaylı görüşlər keçirib, ADNSU haqqında məlumatları çatdırıb.

 

Avrasiya Universitetləri Birliyinin toplantısı öz işini martın 1-də yekunlaşdıracaq.

 



28.02.2019 | 18:26