Sürücüsüz işləyən “5G” avtobusları sınaqdan keçirilib

Çinin Çunsin şəhərində “5G” şəbəkəsi vasitəsilə işləyən sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib.

 

www.hightech.fm saytının məlumatına əsasən, “China Mobile”, “Huawei”, “EasyMile” şirkətləri və Çinin Cənub-Şərq Universitetinin alimləri tərəfindən hazırlanmış sürücüsüz avtobus hələ ki, 12 sərnişin üçün nəzərdə tutulub.

 

Avtobus Çinin ictimai yollarında saatda 20 km-dək sürətlə hərəkət etmək imkanına malikdir. O, həmçinin “5G” protokolu vasitəsilə nəzarət məntəqəsi ilə ani məlumat mübadiləsi həyata keçirir və sürücüsüz hərəkət edir.

 

Yeni avtobusların texniki xüsusiyyətləri hələ ki, açıqlanmır.

 

Qeyd edək ki, hazırda dünyada sürücüsüz nəqliyyat istehsalı ilə məşğul olan bir neçə şirkət mövcuddur.

 



03.03.2019 | 10:11