İşıqforlarda gözləməyi aradan qaldıran texnologiya hazırlanıb

“Audi” şirkəti tərəfindən hazırlanmış sistem avtomobilin hərəkət sürətini elə hesablayır ki, sürücü həmişə işıqforun yaşıl işığında yolu keçsin. Beləliklə, vaxt və yanacağa qənaət edilir. Lakin “Green Light Optimization Speed Advisory” (GLOSA) funksiyası yalnız bəzi modellərdə və ABŞ-ın bəzi şəhərlərində əlçatandır.

 

www.hitech.vesti.ru saytının məlumatına əsasən, “GLOSA” avtomobilin şəhərin nəqliyyat infrastrukturuna qoşulmasına, yol nişanları və işıqforların iş rejimi haqqında informasiyanı oxumasına imkan verən sistemə bir əlavədir.

 

“GLOSA” sistemi avtomobilin bortunda quraşdırılmış mobil 4G-moduldan siqnalı qəbul edir və növbəti işıqforadək məsafəni nəzərə alaraq sürət rejimini hesablayır ki, sürücü həmişə yaşıl işıqda yolu keçə bilsin.

 

Yusif ƏLİYEV

 



03.03.2019 | 11:22