ADMİU bu gün Muğam Mərkəzində konsert proqramı təqdim edəcək

4 mart tarixində saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin “Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək. 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsertdə “Estrada sənəti” kafedrasının tələbələri yerli və xarici bəstəkarların əsərlərini ifa edəcəklər. Konsertin bədii rəhbəri “Estrada sənəti” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva, aparıcısı Abbasağa Əlizadədir. Konsertdə nümayiş olunacaq slaydlar Şıxəli Bağırzadə tərəfindən hazırlanıb.                                         

 



04.03.2019 | 17:08