Nazir müavini Məhəbbət Vəliyeva Astarada

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Astarada olub. Nazir müavini rayonun Qapıçı məhəllə kənd ümumi orta, Təngərüd tam orta və Astara şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib.

 

Qapıçı məhəllə kənd ümumi orta məktəbində əlavə məşğələlərdə iştirak edən Məhəbbət Vəliyeva bu kimi məşğələlərin əhəmiyyətindən söz açıb. Nazir müavini baş çəkdiyi məktəblərin pedaqoji kollektivləri ilə görüşüb, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyinə toxunub.

 

Astara şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşən nazir müavini məktəblərin fəaliyyətinin mövcud tələblərə uyğun şəkildə yaxşılaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib. Bu istiqamətdə məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Hər bir müəllimin daim axtarışda olmasının, işlərini günün tələblərinə uyğun qurmasının vacibliyini qeyd edib.

 

Məktəblərdə metodiki işin təşkili, qiymətləndirmə məsələlərinə toxunan Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

 

 



05.03.2019 | 10:01