Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Yardımlı rayonunda olub.  

 

Nazir müavini rayonun Sırıq, Çayüzü, Avaş kənd və şəhər 1 nömrəli tam orta məktəblərinə baş çəkib, təhsil işçiləri ilə görüşüb.

 

Çayüzü kənd tam orta məktəbində məktəbəhazırlıq qrupunda olan Məhəbbət Vəliyeva uşaqlarla söhbət edib. Həmin məktəbdə əyani vəsaitlərlə təşkil olunan fizika dərsində iştirak edən nazir müavini dərsin müasir təlim metodları ilə təşkil olunmasından məmnun qaldığını bildirib.

 

Məhəbbət Vəliyeva şəhər 1 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Sonra nazir müavini rayon təhsil şöbəsinin inzibati binasına baxış keçirib.

 

 



06.03.2019 | 17:17