DAAD təqaüdləri haqqında seminar

Bakı Mühəndislik Universitetində DAAD tədqiqat təqaüdləri haqqında seminar keçirilib. Seminarda universitetin əməkdaşları iştirak edib. DAAD Azərbaycan nümayəndəliyinin əməkdaşı Rəna Hüseynova proqram haqqında ətraflı məlumat verib. Bildirib ki, 1925-ci ildə Haydelberqdə bir tələbənin təşəbbüsü ilə yaranan DAAD bu gün tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən dünyanın ən önəmli təşkilatlarından biridir. Onun yaradılması tarixindən etibarən DAAD Almaniya daxilində və xaricində 1,9 milyondan çox elm adamını dəstəkləyib.  Hazırda proqrama ildə iki dəfə müraciət etmək olur və illik 57 təqaüd  ayrılır. DAAD nümayəndəsi proqramın növləri, faydaları və müraciət formalarını ətraflı izah edib auditoriyanın suallarını cavablandırıb.

                                            

 



02.04.2018 | 16:52