İntellektual yarışmanın qalibləri mükafatlandırılıb

Xəzər rayonunun məktəbliləri arasında Novruz bayramına həsr olunan breyn-rinq intellektual yarışı keçirilib. Xəzər Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunan yarışda 22 məktəbdən 132 şagird qatılıb. Yarışın sonunda 234 nömrəli orta məktəbin komandası birinci yerə layiq görülüb.  İkinci və üçüncü yerlərə müvafiq olaraq 136 və 149 nömrəli məktəblərin komandaları tutublar.

 

 Qaliblərə diplom və hədiyyələr  verilib.

 

 

 Sifai SƏFƏROVA

 



12.03.2019 | 19:43