Tələbələr arasında könüllülüyün təbliğinə dair qrant müsabiqəsi

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edib.

 

Müsabiqənin elan edilməsində məqsəd tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının, maraq dairələri üzrə klubların  yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, müvafiq təlim kurslarının təşkil olunmasıdır.

 

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edən şəxslər tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdırlar. Təqdim ediləcək layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir.

 

Müsabiqədə iştirak üçün layihələr martın 14-dən martın 27-si saat 18.00-dək qəbul olunacaq.

 

Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər.

 

Müsabiqə barədə daha ətraflı məlumatla elan vasitəsi ilə tanış ola bilərsiniz.

 



13.03.2019 | 17:10