Qax məktəbliləri futzal turnirində

Martın 13-də Qax Olimpiya İdman Kompleksində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri başlayıb. Yarışa rayonun 13 məktəb komandası qatılıb. Turnirin açılışında Qax Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin nümayəndəsi, Əməkdar məşqçi Dilarə Əhmədova çıxış edərək, yarışın bölgələrdə qadın futbolunun inkişafına təkan vermək məqsədi daşıdığını bildirib.  Belə ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda baş tutub.

 

Qeyd edək ki, turnirin ilk günündə qrup mərhələsi üzrə oyunlar keçirilir. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. Turnirdə ilk üç yeri tutan komandalara diplom və medallarla mükafatlandırılacaq.

 

Sifai SƏFƏROVA

 



13.03.2019 | 17:40