Ədəbiyyat İnstitutunda rus dili kursları

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda gənc alimlər, doktorant və dissertantlar üçün əlavə dərslər və kurslar təşkil olunur. Son illərdə institutda  təşkil edilib keçirilən ingilis dili, Çin dili və hind dili kurslarında yeni elmi nəslin xarici dil hazırlığı sahəsində mühüm irəliləyişlər əldə olunub.

 

Bundan başqa, Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı üzrə keçirilən ixtisas dərsləri gənc alimlərin və tədqiqatçıların elmi dünyagörüşünün daha da inkişaf etdirilməsinə müsbət təsir göstərir.

 

Bu günlərdə İnstitutda rus dili üzrə yeni hazırlıq kursu fəaliyyətə başlayıb. Rus dili hazırlıq kursunun ilk məşğələsində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gənc ədəbiyyatşünasların rus dili vasitəsilə bu dildə yaranan ədəbiyyatşünaslıq əsərlərini oxuyub öyrənmələrinin, Rusiyadakı elmi məktəblərin nailiyyətləri ilə yaxından tanış olmalarının əhəmiyyətindən danışıb.

 

İnstitutun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov rus dili kurslarına müraciət edən dinləyicilər haqqında məlumat verib.

 

Ədəbiyyat İnstitutunda rus dili kurslarını institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yelena Teyer tədris edir.

 



14.03.2019 | 13:24