“İlk dəfədir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasına qatılıram”

Maarif  Namazov Qax şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. O, ilk dəfədir ki, qərb bölgəsinə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada  iştirak edir. Onun Azərbaycanın dilbər guşələrinə səyahət etmək həmişə  arzusu olub. Deyir ki, səyahət edəcəyimiz Gəncə şəhərində əvvəllər olsam da, qərb bölgəsinin Şəmkir, Göygöl və digər rayonları barədə az məlumatım var. Bizə yaradılan bu imkan sayəsində ölkəmizin qərb bölgəsi haqqında biliyimizı daha da artıracağıq. “Biz gənclər həmişə ölkəmizin tarixi məkanlarını, dilbər guşələrini görmək arzusunda olmuşuq. Çünki yurdumuzun hər qarışına dərindən bələd olsaq, tanısaq, onu daha çox sevərik. Həhayət, arzumuza çatdıq. Əlbəttə ki, bizə yaradılan bu şəraitə görə Prezidentimizə minnətdarlığımızı bildiririk”.

 

Sifai SƏFƏROVA



15.03.2019 | 15:16