Milli Rəqəmsal Yaddaş bazasına aprel şəhidlərinin siyahısı daxil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısı və onlar haqqında məlumatlar Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib.

 

AMEA-dan verilən məlumata görə, həmçinin Azərbaycanın Milli qəhrəmanlarının, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da Milli Rəqəmsal Yaddaş  bazasına əlavə olunub.

 

Qeyd edək ki, MRY layihəsinin məqsədi ölkəmizin qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və tədqiqatçıların istifadəsinə verməkdir.

 

Samirə   KƏRİMOVA

 



03.04.2018 | 13:15