Texnologiyaların etik tətbiqi

Təhsil ekspertləri  texnologiyaların etik tətbiqi məsələləri ilə bağlı dərin narahatlıq keçirir.  Amerikanın dünyada ən nüfuzlu ali məktəblərindən olan Harvard,  Stenford, Texas universitetləri və Massaçusets Texnologiya İnstitutu (MIT)  texnologiyaların hazırlanması və tətbiqində etik standartlara həsr olunmuş kurslara start veriblər.

 

Süni intellektin hazırlanması ilə məşğul olan insanlar üçün etik təhsilin təmin edilməsi zərurəti ən böyük şirkətlərin məzmunla bağlı  problemlərinin yayılmasından sonra baş qaldırıb.  Məsələn, Facebook-da feyk xəbərlərin, Tvitter-də saxta istifadəçilərin çoxalması,  Youtube-də  isə yolverilməz məzmunlu videoların yayılması  ciddi təşviş doğurur.

 

Ekspertlər hesab edirlər ki, texniki ixtisaslarda təhsil alan tələbələr  etik problemlərin spektrini aydın təqdim etməli və yeni texnoloji  layihələrində  onları nəzərə almalıdırlar. "Biz necə ki,  insanları xilas edə və ya onlara zərər vura bilən pilotsuz avtomobillər kimi məsələlərlə rastlaşırıq, mənə elə gəlir ki,  insanlar əxlaq sisteminin yaradılması uğrunda mübarizə aparırlar", - deyə "The New York Times"  şirkətinin direktoru,  Harvard Universitetinin kompüter elmləri ixtisası üzrə təhsil alan tələbələrinə etika fənnini tədris edən professor Djoyçi İto bildirib.

 

Kornel Universitetinin professoru K.Levinin sözlərinə görə, fərdi mənəvi prinsiplərlə yanaşı, korporativ əxlaq haqqında anlayışlara da malik olmaq əhəmiyyət daşıyır: "Əxlaq nöqteyi-nəzərindən ittiham hədəfində olan bir çox qərarlar  şirkətlərin seçimi ilə bağlıdır - hansı məhsulu inkişaf etdirmək, istifadəçilərin məlumatları ilə necə işləmək olar".

 

Oruc MUSTAFAYEV

 



03.04.2018 | 14:05