ADU-da “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir

Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Regionşünaslıq” kafedrası və “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: səbəb və nəticələri” mövzusunda tədbir keçirilib.

 

ADU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd aprel döyüşlərini Qarabağ məsələsində dönüş nöqtəsi olaraq vurğulamaq və bu döyüşlərin nəticəsi olaraq qalib bir ordu mövqeyinə keçməyimizi bəyan etməkdir. O, tələbələrin bu tədbirdən ətraflı məlumat əldə edərək Azərbaycan tarixinin şanlı səhifəsi ilə qürur duyacaqlarını söyləyib.

 

“Regionşünaslıq” kafedrasının müəllimi Elşən Məcidov aprel döyüşlərinin strateji əhəmiyyətindən bəhs edən slayd təqdim edib və “Aprel döyüşləri: səbəb və nəticələri” adlı mühazirə oxuyub.

 

Sonra aprel döyüşlərində şəhid olan Xalid Əzizzadə və Əbdülməcid Axundovun valideynləri övladları ilə bağlı xatirələrini bölüşüblər.

 

Tədbir Müdafiə Nazirliyi tərəfindən aprel döyüşlərinə həsr olunan videoçarxın nümayişi ilə sona yetib.



03.04.2018 | 18:01