Tyutor hazırlığı üzrə distant sertifikat proqramı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı təşkil olunacaq.

 

Sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır.

 

Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə təcrübəli ekspertlər öz bliklərini və praktik təcrübələrini təlim iştirakçıları ilə paylaşacaqlar.

 

Proqram aprelin 15-dən başlayaraq  3 ay müddətinə təşkil olunacaq. Proqram iştirakçıları olduqları məkanı tərk etmədən təlimlərə distant formada qatıla biləcəklər.

 

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaqlar. Proqram ödənişlidir.



29.03.2019 | 16:42