Xatirələrdən heç vaxt silinməyəcək faciə

Martın 29-da 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) anım mərasimi keçirilib.

 

Tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. 

 

Toplantını AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov açaraq qeyd edib ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən  heç vaxt silinməyəcək.Rektor bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə,törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb.Yalnız müstəqillik dövründə, yəni 1998-ci il martın 26-da Azərbaycan Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə  “31 Mart Azərbayacanlıların Soyqırımı Günü” elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.Ulu öndərin siyasətini uğurla davam etdirəm Azərbaycan Prezidenti İlham Əliyev bu faciələrin dünyaya çatdırılması ilə əlaqəli bir çox fərman və sərəncamlar imzalayıb.

 

Universitetin “İctimai fənlər” kafedrasının müdiri, professor Şikar Qasımov çıxış edərək bildirib ki, ermənilərin 1905-ci ildən Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə başlayan kütləvi qırğınları  1918-ci ildə də davam edib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetiririlib və on minlərlə insan itkin düşüb.

 

AzTU-nun Radiotexnika və rabitə fakültəsinin tələbəsi Narıngül Zeynalova çıxışında tələbələr adından bildirib ki, indi biz gənclərin  vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdır.

 



31.03.2019 | 18:01