Muzeydə şagirdlər üçün “Açıq qapı” günü

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə paytaxtdakı 38 nömrəli tam orta məktəbin şagirdləri üçün “açıq qapı” günü keçirilib. Məktəblilər muzeyin fonduna daxil olan və onurğalı heyvanların müxtəlif siniflərinə (balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər) aid növlərin müasir populyasiya vəziyyəti, təbiətdə sayı, yayılması, onların ekoloji xüsusiyyətləri haqqında məlumat toplayıblar.

 

Qeyd edək ki, “Açıq qapı” günündə  məktəblilərə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlərdən  də söz açılıb.

 

Sonda şagirdlərə Azərbaycan faunasına həsr olunmuş kitabçalar hədiyyə edilib.

 

Sifai SƏFƏROVA



01.04.2019 | 14:53