Buraxılış imtahanı keçiriləcək

Bu dəfə Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları imtahan verəcək

 

Aprelin 7-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlər özlərinin, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

“Azərbaycan müəllimi” qəzetinə Dövlət İmtahan Mərkəzindən verilən məlumatda bildirilib ki, həmin gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan MR-də yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək. İmtahanda iştirak edəcək şagirdlər  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

 

Qeyd edək ki, buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək mümkündür.



01.04.2019 | 14:32