UNEC professor-müəllim və tələbə heyəti “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib

UNEC-in professor-müəllim heyəti və tələbələrdən ibarət kollektivi martın 30-da “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib. Ziyarət zamanı müəllim və tələbələr bələdçi tərəfindən bir sıra arxiv sənədləri, bir çox tarixi şəkillərlə ətraflı tanış edilərək, erməni vəhşiliyinin şahidi olublar.

 

Ziyarətdən sonra UNEC-in kollektivi tərəfindən universitetin Quba Tədris, İdman və İstirahət Kompleksinin konfrans zalında 1918-ci il azərbaycanlıların soyqırımının 101 illiyinə həsr edilmiş “31 mart - Azərbaycanlıların soyqırımı: səbəblər və nəticələr” mövzusunda Tələbə Elmi Konfransı keçirilib. Konfrans iştirakçılarını UNEC-in tələbələrlə iş üzrə prorektoru. dosent Səadət Qəndilova salamlayıb və  mart soyqırımı barədə tələbələrə ətraflı məlumat verib.  Sonra Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı, dosent Tofiq Osmanov, “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşən Məmmədov  çıxış ediblər.

 

Konfransda “Humanitar fənlər” kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova, “Azərbaycan dili” kafedrasının dosenti Aynur Qədiməliyeva, eləcə də İqtisadiyyat fakültəsinin tələbələri Fuad Əliyev, Günay Əliyeva, Aynur Osmanlı və Ruslan Quliyev soyqırımı barədə müxtəlif mövzularda  məruzə ediblər.

 



01.04.2019 | 16:46