2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar viktorina

Qax rayon Çinarlı kənd ümumi orta məktəbində  2 aprel-Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar viktorina keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə erkən yaşdan insan zəkasının inkişafında müstəsna rolu olan , eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan mütaliəyə həvəs oyatmaqdır. Viktorinada məktəbin III və IV sinif şagirdləri arasında sürətli və düzgün oxu üzrə yarış təşkil olunub.

 

Qalib gələn şagirdlərə nağıl kitabı hədiyyə olunub.

 

Şakir CƏFƏROV

 

 



04.04.2018 | 10:49