“Sumqayıt” Futzal Məktəbinin açılış olub

“Sumqayıt” Futzal Məktəbinin açılışı olub. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində 60-a yaxın gənc futzalçı iştirak edib. “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Akademiyasının yeni mərhələyə qədəm qoyduğunu bildirib. Premyer Liqa komandaları arasında ilk futzal məktəbinin məhz “Sumqayıt” futbol klubu tərəfindən yaradıldığını vurğulayan R.Rəfiyev uşaq futbolunun inkişafı istiqamətində də bir sıra layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.

 

Sifai SƏFƏROVA

 



08.04.2019 | 17:07