"World Harmony" müsabiqəsinin qala-konserti

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "World Harmony" müsabiqəsinin qala-konserti keçirilib. Tamaşaçılar əvvəlcə Mərkəzi İncəsənət Məktəbinin "Alov" xoreoqrafiya ansamblının   çıxışını  maraqla izləyiblər. Mədəniyyət Nazirliyinin elm və tədqiqat bölməsinin müdiri Vüqar Baxışov tamaşaçıların diqqətinə çatdırıb ki, müsabiqənin əsas məqsədi gənc istedadların - vokalçıların, musiqiçilərin və rəqqasların üzə çıxarılmasıdır. O, bütün finalçıları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan, Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan beş yaş kateqoriyası üzrə 346 ifaçı, altı xor kollektivi, iki rəqs qrupu və 19 ansamblın iştirakı ilə keçirilib.

 

Sifai SƏFƏROVA

 



09.04.2019 | 15:46