"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

Aprelin 10-da Moskvada keçirilən Moskva Beynəlxalq Təhsil Salonu-2019 – da Təhsil Nazirliyinin və beynəlxalq "Algoritmika" şirkətinin birgə pilot layihəsi olan "Rəqəmsal bacarıqlar” layihəsi ayrıca stenddə təqdim olunub.

 

Layihə çərçivəsində keçirilən sərgidə təhsil nazirinin müavini Firudin Qurbanov stendlə tanış olub.

 

Layihənin stendinə sərgidə iştirak edən bir sıra ölkələrin təhsil müəssisələrinin nümayəndələri maraq göstəriblər.

 

Proqram çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov  keçirilən panel müzakirələr və “dəyirmi masa”larda iştirak edəcəklər.

 

Qeyd edək ki, Moskva Beynəlxalq Təhsil Salonu MDB məkanında təhsil sahəsində ən böyük tədbirdir. 2019-cu ildə Beynəlxalq Təhsil Salonunun mövzusu "Yeni subyektiv təhsil. Keçid nöqtəsi"dir.

 

Təşkilatçıların məlumatına görə, Beynəlxalq Təhsil Salonu-2019-da 650-ə yaxın tədbir keçiriləcək. Sərgidə ümumilikdə 1000-dən çox ekspert, 400 eksponent və təxminən 50 min ziyarətçinin bir araya gəlməsi gözlənilir.

 

Moskva Beynəlxalq Təhsil Salonu 2019-da 28 beynəlxalq nümayəndə heyətlərinin üzv olan 37 ölkə iştirak edir. Moskva Beynəlxalq Təhsil Salonu aprelin 13-dək davam edəcək.

 

“Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi, eləcə də 2 özəl ümumi təhsil müəssisəsini, ümumilikdə 26 mindən artıq şagirdi əhatə edir.

 



10.04.2019 | 17:30