Slovakiyada 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Slovakiya 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

 

Təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsilbiznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir.

 

Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər.

 

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir.

 

Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri inglis  və ya slovak dilləridir.

 

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

 



11.04.2019 | 12:10