“Startap Günləri” başlayır

12-13 aprel 2019-cu il tarixlərində Azərbaycan Texniki Universitetində (AzTU) keçiriləcək “Startap Günləri” ilə bağlı hazırlıq işləri yekunlaşıb. Belə ki, bununla bağlı işçi qrupları yaradılıb və “Startap Günləri”nin keçiriləcəyi yerlərdə müvafiq işlər görülüb. Tələbələrin orada rahat şəkildə iştirak edib öz ideyalarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Bu günə qədər “Startap Günləri”nə qatılmaq üçün 117 nəfər tələbə qeydiyyatdan keçib.

 

“Startap Günləri” AzTU-da ötən il də təşkil olunub. Ötən il yarışmanın qaydalarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə müxtəlif hədiyyələr, həmçinin pul mükafatı təqdim edilib.

 

Bu il də ən yaxşı 3 startap seçilərək 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşəcək. Qaliblərə yarışmanın sponsorları tərəfindən hədiyyələr təqdim olunacaq və onlara Respublika Finalına qatılma şansı veriləcək. 

 



11.04.2019 | 20:19