Festival qalibləri mükafatlandırılıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə XII “Tələbə baharı”  ümumrespublika tələbə yaradıcılıq festivalı keçirilib.       

                   

Festivalda iştirak edən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri milli rəqs (solo), müasir rəqslər (kollektiv) və klassik musiqi nominasiyaları üzrə  II yerə layiq görülüblər.

 

Universitetin rektoru, professor Havar Məmmədov festivalda iştirak edən tələbələrlə görüşüb, onları göstərdikləri yüksək nəticələrə görə təbrik edib. Rektor çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclər siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini vurğulayıb, bu sahədə görülən işlər haqqında məlumat verib.

 

H.Məmmədov universitetlərin işinin yüksək təhsil verməklə bitmədiyini deyərək, tələbələrin hərtərəfli kadr kimi yetişməsində görülən işlərə toxunub. Rektor BMU-nun yaradıcı tələbələrinin ölkənin ali təhsil müəssisələri arasında bir neçə nominasiyada mükafatçılar sırasında olmalarını yüksək qiymətləndirib, tələbələri mükafat və fəxri fərmanlarla təltif edib.

 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd yaradıcı və istedadlı gəncləri üzə çıxartmaqdır.

 



15.04.2019 | 12:23