İki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Gəncə Dövlət Universitetinin (GDU) rektoru, professor Yusif Yusibov Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovla və institutun əməkdaşları ilə görüşüb.

 

Y.Yusibov universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən bəhs edib. Rektor iki ali təhsil oçağı arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.

 

C.Məmmədov GDU ilə İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu ifadə edib  İnstitutun fəaliyyəti haqqında ətraflı məlumat verən rektor xarici universitetlərlə yanaşı, yerli təhsil müəssisələri ilə də əlaqələrin qurulması istiqamətində səylərini davam etdirdiklərini nəzərə çatdırıb.

 

Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, iki ali təhsil müəssisəsi arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları, yay məktəbi çərçivəsində ikitərəfli görüşlərin təşkili istiqamətində müzakirələr aparılıb.

 



15.04.2019 | 16:32